Moldova prezidenti Avropa Komissiyasının sədri ilə danışdı

  • By admin
  • 30 Yanvar 2024 12:39

Moldova prezidenti Maya Sandu Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığında Kişinyovun islahatların daha da həyata keçirilməsinə sadiq olduğunu vurğulayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Moldova prezidenti X sosial media platformasında məlumat yayıb. Sandu söhbətin məhsuldar keçdiyini qeyd edib və Moldovaya şəxsi sədaqətinə görə Von der Leyenə minnətdarlığını bildirib.

“Biz Aİ-yə daxil olmağımız üçün növbəti addımları müzakirə etdik. Biz demokratiyanı, qanunun aliliyini və iqtisadi artımı gücləndirən islahatlara sadiq olduğumuzu vurğuladıq”, – deyə prezident əlavə edib.

Gununsesi.info