Moldova Prezidenti: “Moskva rus separatçılarını qızışdırmaqla məşğuldur”

  • By admin
  • 13 İyun 2016 11:26

Timofti

 

Moldova Prezidenti Nikolay Timofti ABŞ və Avropanı Rusiyaya qarşı sanksiyaları uzatmağa dəvət edib.

Gununsesi.info xəbər verir ki, Çexiyanın Baş naziri Bohuslav Sobotka ilə keçirdiyi görüşdən sonramətbuat nümayəndələrinin suallarını cavablandıran Nikolay Timofti Moskvanı rus separatçılarını qızışdırmaqda ittiham edib:
“Rusiya Moldova üzərindəki təsirini qoruyub saxlamaq istəyir. Bu, ölkəmizin Avropa Birliyi ilə yaxınlaşmasına ciddi mane olur”.
Gununsesi.info