Moldova prezidenti səlahiyyətlərini artırır

  • By admin
  • 28 Mart 2017 23:07

aa

 

Moldova prezidenti İqor Dodon Kişinyevdə keçirdiyi mətbuat konfransında səlahiyyətlərinin artırılmasına dair referendurumun keçirilməyilə bağlı fərman imzalayıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, referendum bu il sentyabrın 24-də keçiriləcək.

Onun sözlərinə görə, bundan əlavə 4 məsələ – bank sistemindən oğurlanan milyard avronun qaytarılması hüququ haqqında qanunu ləğv etmək, parlamentə vaxtından əvvəl seçkiləri keçirmək, deputatların sayını 101-dən 70-ə azaltmaq və təhsil ocaqlarında “Rumınların tarixi” əvəzinə “Moldovanın tarixi”ni tədris etmək ümumxalq səsverməsinə qoyulacaq.

 

Gununsesi.info