Moldova rəsmən bəyan etdi: “Rusiyanı istəyirik”

  • By admin
  • 14 Noyabr 2016 20:19

img2246020

 

Avropa Birliyi ilə imzalanan assosiativ üzvlük haqqında razılaşma Moldova həyat səviyyəsini qaldırmağa yardımçı olmayıb.

Gununsesi.info xəbər verir ki, bunu “Rossiya 24” televiziyasına açıqlamasında Moldovanın yeni prezidenti İqor Dodon söyləyib.

Onun sözlərinə görə, rəsmi Kişinyov açıq-aşkar Rusiya ilə strateji tərəfdaşlığa önəm verir:

“Mənim ilk səfərim Moskvaya olacaq. Son yeddi il ərzində ilk dəfə Moldovanın xeyrini istəyən qüvvələr Rusiya ilə dostluğa səs verdilər”.

Qeyd edək ki, Dodon dünən keçirilən prezident seçkisində qələbə qazanıb. O, rusiyayönlü siyasətçidir.

 

 

 

Gununsesi.info