Moldova Rusiya səfirliyinin əməkdaşını “nalayiq davranışına” görə ölkədən çıxarıb

Moldova bu həftənin əvvəlində Kişinyov hava limanında Rusiya səfirliyinin əməkdaşını “nalayiq davranış”a görə ölkədən çıxarıb.

Gununsesi.info xəbər verir ki, Moldova aprelin 19-da Rusiya səfiri Oleq Vasnetsovu Xarici İşlər Nazirliyinə çağırıb və işçinin ölkədən çıxarılması barədə məlumat verib.

Vasnetsov nazirliyə baş nazir Dorin Reçanın hökumətdən Rusiya səfirliyinin iki əməkdaşının hava limanına giriş kartlarının geri alınması və onlardan birinin persona non-qrata elan edilməsi məsələsini nəzərdən keçirməyi xahiş etdiyi iclasdan sonra çağırılıb.

Moldova hökumətinin sözçüsü Daniyel Voda deyib ki, Moldovanın Tatarıstan lideri Rüstəm Minnixanovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinə ölkəyə girişinə qadağa qoyulmasından sonra səfirliyin iki əməkdaşı Kişinyov hava limanında “nalayıq” davranıb. Nümayəndə heyəti muxtar Moldova ərazisinin moskvayönlü liderinə dəstəyi gücləndirmək üçün Kişinyova aprelin 17-də gedib.

“Baş nazir xarici rəsmilərin bizim hakimiyyət orqanlarına davranışı yol verilməzdir deyib” – deyə, Voda insidentlə bağlı məlumat vermədən və ikisindən yalnız birinin nəyə görə qovulduğunu izah etmədən bildirib.

Voda deyib ki, Moldovanın sərhəd polisi “işini yaxşı görüb və ölkə ərazisinə buraxılmayan insanlara bu qərarın hüquqi səbəbləri çox aydın şəkildə izah edib”.

Moldova Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinə qadağa qoyduqdan sonra Rusiya siyasətçilərini onun daxili işlərinə qarışmamağa çağırıb.

Moldova polisi aprelin 17-də yaydığı bəyanatda bildirib ki, nümayəndə heyətinin ölkəyə səfəri aprelin 30-da keçiriləcək seçkilər zamanı yarı-muxtar Qaqauziya bölgəsinin rəhbərliyinə rusiyayönlü namizədə dəstəyi gücləndirmək məqsədi daşıyıb. Moldova Rusiyanı ölkədə sabitliyi pozmağa çalışmaqda ittiham edib. Moskva bunu rədd edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nümayəndə heyətinə münasibəti “Rusiyaya qarşı növbəti qeyri-dost addım” adlandırıb.

 

 

Şəbnəm

Gununsesi.info