Moldovada GUAM ölkələri Baş nazirlərinin görüşü keçiriləcək

Moldovada GUAM ölkələri Baş nazirlərinin görüşü keçiriləcək

Cari ilin iyun ayında Moldovada “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM”a üzv dövlətlərin Baş nazirlərinin görüşü keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulyanovski təşkilatın baş katibi Altay Əfəndiyevlə görüşündə bildirib.

“Moldova hökuməti iyunda keçirilməsi planlaşdırılan GUAM ölkələrinin baş nazirlərinin görüşünə xüsusi önəm verir. Bununla yanaşı təşkilata üzv ölkələrin kiçik və orta biznes nümayəndələrinin iştirakı ilə biznes forumların təşkili nəzərdə tutulur. GUAM-a sədrlik edən ölkə kimi hesab edirik ki, təşkilat çərçivəsində əməkdaşlığı gücləndirməliyik” – deyə nazir əlavə edib.

Görüşdə həmçinin “GUAM+” formatında ABŞ və Yaponiya kimi ənənəvi tərəfdaşlarla müxtəlif istiqamətlərdə layihələrin reallaşdırılması, eləcə də Vişeqrad qrupuna daxil olan ölkələrlə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu ilin 1 yanvar tarixindən GUAM-a sədrlik Moldovaya keçib.

Gununsesi.info

COMMENTS