Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi uzadılıb

  • By admin
  • 10 İyul 2020 22:53

Moldovada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Gununsesi.org-un  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Moldovanın Baş Naziri İon Kiku bu gün bildirib ki, hakimiyyət fövqəladə vəziyyət rejiminin müddətinin iyulun 31-dək uzadılması ilə bağlı qərar qəbul edib.

O qeyd edib ki, bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlərin böyük hissəsi qüvvədə qalacaq.

Xatırladaq ki, Moldovada indiyə kimi COVID-19-a 18 924 yoluxma qeydə alınıb, 635 nəfər vəfat edib.

 

 

Gununsesi.org