Moldova Mərkəzi Seçki Komissiyası (MSK) müxalifətdə olan “Pobeda” blokunun prezident seçkilərində və Avropa İttifaqına inteqrasiya ilə bağlı referendumda iştirakla bağlı müraciətini rədd edib.
Gununsesi.info xəbər verir ki bu barədə TASS məlumat yayıb.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, qərar “müəyyən edilmiş pozuntular əsasında” komissiya üzvlərinin 7 səsi, biri əleyhinə olmaqla qəbul edilib.
“Dörd partiyanın ərizəçilərinin təqdim etdiyi materialları nəzərdən keçirən komissiya müəyyən etdi ki, onlar bir sıra tövsiyələrə məhəl qoymayıblar”– deyə Pavel Postica bildirib.
O, izah edib ki, pozuntular blokun adına, maliyyələşdirmə üsullarına, eləcə də digər aspektlərə aiddir.
Seçki komissiyasının qərarından məhkəməyə şikayət verilə bilər.
Moldovada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Hazırkı dövlət başçısı Maia Sandu ikinci müddətə namizəd olmaq, həmçinin respublikanın Aİ-yə daxil olması ilə bağlı referendumu onlarla eyni gündə – oktyabrın 20-də keçirmək niyyətindədir.
Günay
Gununsesi.info