Moldovada “V” və “Z” simvolları qadağan edildi

  • By admin
  • 07 Aprel 2022 22:56

Moldova parlamenti Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyərək, “Georgi lenti”nin “V” və “Z” simvollarının taxılmasına qadağalar tətbiq edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə moldovalı deputat Lilian Karp deyib.

“Mən hərbi təcavüzlə bağlı elementlərin yayılmasını və ya təbliğatını qadağan edən düzəliş təklif etmişəm. Söhbət bayraqlar, lentlər, rəngli lentlər, gerblər, qrafik elementlər, hərf və ya rəqəmlər və onların birləşmələri, döş nişanları, şüarlar, salamlaşma formaları, eləcə də hərbi təcavüz iştirakçılarının digər nişanları və fərqlənmə nişanlarından gedir. Qadağa “V” və “Z” lent və simvollarına da şamil edilir”, – deyə deputat bildirib.

Gununsesi.info