“Biz Gürcüstan əhalisinə Tbilisidə son zamanlar baş verən zorakılıq hadisələri fonunda həmrəyliyimizi bildiririk”.
Aktual.ge xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyinin “X” sosial platformasında yayımladığı bəyanatda qeyd olunub.
“Biz təmkinli olmağa, dialoqa və demokratik prinsiplərə hörmətlə yanaşmağa çağırırıq. Demokratiya zor tətbiqi ilə qurula bilməz, zorakılıq Gürcüstanın qorumağa çalışdığı Avropa dəyərlərini sarsıdır”, – bəyanatda deyilir.













