Moldovadan sonra Gürcüstan da Avrointeqrasiya edə biləcəkmi? - Orxan Saffari yazır...

Dünya gündəmində son vaxtlar müzakirə olunan bir məsələ də ölkələrin “Avrointeqrasiya”sıdır.

Artıq Moldovadakı seçkilər başa çatdı və Avrointeqrasiya məsələsi tamamilə gündəmə oturdu. Tam nəticələri isə qısa müddətdə görsənəcək.

Hazırda isə növbə Gürcüstandadır.

Əvvəla, bu proses Gürcüstan üçün də olduqca vacib məsələdir, çünki əsas istəklər demokratik prinsiplər, insan və hüquq azadlıqlarının qorunmasıdır.

Bu gün Gürcüstan vətəndaş cəmiyyətinin Avrointeqrasiya istəyi bəllidir, bəs “Gürcü arzusu”da bunu istəyirmi?!

Əvvəla, AK tərəfindən Gürcüstandan məhkəmə sistemindən tutmuş bir çox məsələlər tənqid hədəfinə çevrilib. Belə bir prosesdə -na üzv olmaq çətin prosesdir, hətta mümkünsüzdür. Çünki bu aspektdə Gürcüstan bütün gözləntiləri boşa çıxardıb.

Buna isə birmənalı olaraq “İmpiçment” adı verə bilərik. “İmpiçment” prosesi tarixdə başqa cür idi. Məsələn, yaranma tarixinə nəzər salaq:

İlk dəfə bu proses XIV əsrdə kralın ətrafının hədyanlığına, özbaşnalığına qarşı mübarizə konsepsiyası kimi ortaya çıxmışdı, lakin sonradan İcmalar Palatası krala məxsus hüquqları da mənimsədi. Konkret olaraq, cəmiyyətin o zamankı Lordlara qarşə cinayət ittihamları ilə çıxış etməsi “İmpiçment” adlanırdı.

Bəs indi niyə “İmpiçment” baş verir?

Çünki demokratik prinsiplərin qoruna bilməməsi və ya zəifləməsi Avrointeqrasiyaya maneələr törədir. Mütləq əksəriyyət Avrointeqrasiya istəyir, fəqət dövlətdaxili məsələlərə görə də bu, baş tutmur. Bu halda isə “İmpiçment” güclənir.

Üstəlik, “İmpiçment” varsa, demək, siyasi sistemdə axsamalar var və demokratik dəyərlər, institutlarda zəifləmə müşahidə olunur.

Bu məqamda Gürcüstana qarşı edilən bir iddia da “Rusiyafobiyadır”.

Siyasi görünüşə görə, bu cür proseslərin sonu Rusiyanın təsir gücünü artırmağa xidmət edir. Abxaziya, Cənubi Osetiya məsələlərini çıxsaq, sabitliyin qorunduğu ölkə kimi tanınan Gürcüstan bu üstünlüyünü əldən verə bilər.

Siyasi şərhçilərin fikrinə görə, Gürcüstanın Qərbə inteqrasiyasına mane olan əsas faktorlardan biri də münaqişə zonaların olmasıdır. Əgər burada daxili siyasi sabitliyin zəifləməsini də əlavə etsək, Rusiyanın həm regionda, həm də Gürcüstan üzərindəki təsir gücünü görmüş olarıq.

Sorğuların və ümumi mənzərənin Avrointeqrasiya olmasına baxmayaraq, görünür, bu proses hələ uzun illər alacaq.

Bütün bu məsələlərdə Qərbin hal-qəziyyəsi də bəllidir. Ümumiyyətlə, Qərbin “dərdi” bütün ölkələr üçün keçərlidir. Bu gün Aİ-da, NATO-da Gürcüstanı Qərbdə görmək istəyir. “Gürcü arzusu”-nın yürütdüyü siyasət isə millidir, daxili, siyasi-mental “damara işləyir”.

Əgər Gürcüstan siyasi elitası Avrointeqrasiya məsələsini həll edərək bu prosesi həyata keçirə bilsə, Rusiyanın təsirindən qismən uzaqlaşa biləcək.

Məhz bu seçkilər bu cür aspektlərdən baxanda əvvəlki illərə nisbətdə daha vacibdir, çünki burada sadalanan bütün məsələlər, o cümlədən geosiyasi aspektlər də mühim rol oynayacaq. Demokratik baxışlarda olan mənfi hallar aradan qalxmasa, ümumi Avropa ilə münasibətlərə də ziyan dəyəcək, regionda gələcək illərdə hansısa münaqişələrin başlanmasına belə yol aça bilər.

 

Gununsesi.info