Moldovanın baş naziri yeni XİN rəhbərinin adını açıqladı – FOTO

  • By admin
  • 24 Yanvar 2024 15:53

Parlament sədrinin hazırkı müavini Mixay Popşoy Moldovanın yeni xarici işlər naziri olacaq.

Gununsesi.info xəbər verir ki, Moldovanın baş naziri Dorin Reçan bu barədə hökumətin iclasında bildirib.

Reçanın sözlərinə görə, Popşoy gələn həftə XİN-ə rəhbərlik edəcək.

Baş nazir eyni zamanda, bildirib ki, Moldova hökumətində yeni nazirlik – Avropaya inteqrasiya yaranacaq. Ona Xarici İşlər Nazirliyinin dövlət katibi Kristina Gerasimov rəhbərlik edəcək.

“O, həmçinin Avropa İnteqrasiya Bürosunun işini koordinasiya edəcək”, – deyə Reçan bildirib.

Bundan əvvəl Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku istefa qərarını açıqlamışdı.

Gununsesi.info