Moldovanın baş prokuroru korrupsiya ittihamı ilə saxlanılıb

  • By admin
  • 06 Oktyabr 2021 10:27

Moldovanın baş prokuroru Aleksandr Stoyanoqlo həbs edilib. 

Gununsesi.info bildirir ki, baş prokuror vəzifə səlahiyyətlərini aşma və korrupsiyada günahlandırılır. Bu barədə antikorrupsiya üzrə prokuror Viktor Furutune bəyan edib.

Onun sözlərinə görə, baş prokurorun kabinetində axtarış aparılıb, Stoyanoqlo isə 72 saat müddətinə saxlanılıb. Onun saxlanma müddəti uzadılacağı gözlənilir.

Gununsesi.info