Moldovanın Daxili İşlər naziri Azərbaycana gəlir - FOTO

  • By Mayil
  • 04 Noyabr 2017 13:24

Moldova Daxili İşlər naziri Aleksandru Jizdan noyabrın 15-16-da Azərbaycana rəsmi səfərə gələcək. 

Gununsesi.info Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldova Daxili İşlər naziri Aleksandru Jizdan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla keçirdiyi görüşdə bildirib.

Nazir iki ölkə arasında hazırda mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərindən söz açaraq deyib ki, son 26 ildə ilk dəfə olaraq Moldovanın Daxili İşlər naziri Azərbaycana rəsmi səfər edəcək. A.Jizdan ölkəsinin təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycan təcrübəsinin Moldova üçün maraq kəsb etdiyini də diqqətə çatdırıb.

Gununsesi.info