Moldovanın ilk prezidenti vəfat edib

  • By resul
  • 14 Sentyabr 2023 10:39
snequr

Moldovanın ilk prezidenti Mirça Snequr çərşənbə günü axşam 83 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə baş nazirin keçmiş müavini Konstantin Tampiza Facebook səhifəsində yazıb. “Sentyabrın 13-də saat 23:30-da Moldova Respublikasının Prezidenti Mirça Snequr sağalmaz xəstəlikdən dünyasını dəyişdi”, – deyə o qeyd edib.

Snequr 1940-cı il yanvarın 17-də Floresti rayonunun Trifanesti kəndində anadan olub. 1990-cı il sentyabrın 3-də o, Ali Sovet tərəfindən Moldova SSR-in prezidenti seçilib.

1990-cı il sentyabrın 3-dən 1996-cı il dekabrın 1-dək Moldova Respublikasının prezidenti vəzifəsində çalışıb.

Arzu
Gununsesi.info