Moldovanın rəsmi dili dəyişdirilə bilər

  • By admin
  • 02 Mart 2023 19:38

Moldova parlamentinin komissiyaları “Moldova dili”nin “rumın dili”nə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu qanun layihəsi parlamentin plenar iclasının müzakirəsinə çıxarılana qədər onu müzakirə edən bütün komissiyalarda səs çoxluğu ilə təsdiq edilib.

Qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, bütün milli qanunlarda“Moldova dili” ifadəsinin “rumın dili” ilə əvəz edilməsi barədə sənəd Konstitusiya Məhkəməsinə yönləndirilib.

Onun sözlərinə görə, Kommunistlər və Sosialistlər Blokunun deputatları, o cümlədən kommunistlərin lideri Vladimir Voronin bu təşəbbüsə etiraz etməyə çalışıblar.

Gununsesi.info