Molla rejimi daha bir addım geri çəkildi - EDAM HÖKMÜ İLƏ BAĞLI QƏRARIN İCRASI DAYANDIRILDI

  • By admin
  • 11 Dekabr 2022 20:13

İranda keçirilən nümayişlərdə həbs ediləndən sonra ölüm cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin cəzasının təxirə salındığı bildirilir.

Gununsesi.info-nun bu barədə İranın telegram kanallarına verdiyi xəbərə görə, buna səbəb  Sədratın ailəsinin səyləri və ictimai təzyiqlər nəticə verib və məhkəmə orqanları ölüm hökmünün icrasını təxirə salıb.

Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Ata Kazım Sədrət dünən İran mətbuatına açıqlamasında “Mahan məhkəmə iclasında dəfələrlə dedi ki, əlində bıçaq yoxdur, amma döyüş cəzası verdilər” deyə bildirmişdi.

Qeyd edək ki, İranda  3 aya yaxındır davam edən nümayişlərlə bağlı 11 nəfərə edam hökmü çıxarılıb.

Tərcümə:

Günay