“Monako”lu yarımmüdafiəçi “Çelsi”də

  • By admin
  • 14 İyul 2017 23:01

temeu

“Çelsi” klubu “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir.

Gununsesi.info xəbər verir ki, klublar arasında qarşılıqlı razılıq əldə olunub.

Londona yollanan fransalı futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. İyirmi iki yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 5 illik olacaq.

“Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, T.Bakayoko ötən mövsüm “Monako”nun heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.

Gununsesi.info