Monika smokinqi ilə diqqət çəkdi - FOTOLAR /VİDEO

  • By admin
  • 10 İyul 2022 19:15

İtalyan aktrisa Monika Belluççi kişi kostyumunda cazibədar obraz yarada bilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Monika Belluççi qarderobunun 90 faizini “Dolce & Gabbana” moda evinin geyimləri təşkil etdiyini gizlətmir. İtalyan markasına bu qədər sadiq qalan ilham pərisi hələ tapılmayıb!

Moda brendlərinə sevgisi “mirasdır” – Monikanın Vinsent Kasseldən olan qızı Deva ulduz ananın izi ilə gedir, hətta brendin reklamlarında və dəfilələrində iştirak edir.

Monika qızını podiumda izləmək üçün dünən Siciliya adasında keçirilən “Dolce & Gabbana” Alta Moda şousuna qatılıb. Müğənni Siara və şounun digər qonaqları daha təmtəraqlı fasonlara üstünlük versə də, Monika ənənəvi “repertuarında” çıxış edib. Onun mərasim üçün seçdiyi qara smokinqini dəb tənqidçiləri yüksək qiymətləndirib.

По выходным дивы носят безупречные смокинги: Моника Беллуччи и ее образ, который отличается от всех

Gununsesi.info