Monitorinqlər aparılsa, məlum olacaq ki, bu sahədə xeyli pozuntular var -Əli Məsimli

  • By admin
  • 08 Dekabr 2023 23:43

Qadınlar üçün ağır yox,layiqlı iş yerlərinın dairəsi genişləndirilməlidir”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

Əli Məsimli əlavə edib ki,əmək qanunvericiliyinin bir sıra məqamları təkcə qadınlara münasibətdə yox,ümumiyyətlə işləmir,qanunda bir şey yazılıb,real həyatda isə tamamailə başqa mənzərdir:”Bir sıra hallarda qanunda öz əksini tapan tələblərə real həyatda əməl olunmur.Bizə olan sosial xarakterli məsələlərə dair müraciətlərin içərisində İşçilərin iş vaxtından artıq işə cəlb olunması sahəsindəki qanun pozuntuları xüsusi yer tutur.Həmin müraciətlərdən birində deyilir ki,bu sahədə Azərbaycan Konstitusiyası, Əmək Qanunvericiliyi kobud surətdə pozulur.Qoşulduğumuz beynəlxalq konvensiyalara əsasən də həftədə 40 saatdan çox olmamalı olan iş vaxtı bir sıra idarə və müəssisələrdə 54 saatdan yuxarıdır. Bir çoxlarında hətta 60-70 saata çatır. Yəni işçilər həftədə 6 gün olmaqla hər gün minimum 9 saat işləməyə məcbur edilir.Bəzi müəssisələrdə isə personalı hətta 10, 12, 14 saat işləməyə məcbur edirlər. Əmək Məcəlləsinin 165-ci maddəsinə görə,iş vaxtından əlavə işə cəlb olunma müvafiq qaydada əmək haqqının iki misli dəyərində ödənilməlidir. Bəzi hallarda işçiyə həmin artıq iş vaxtına görə əməkhaqqı da ödənilmir. Monitorinqlər aparılsa,məlum olacaq ki, bu sahədə xeyli pozuntular var.İşçı əlavə işə cəlb edilərkən çox vaxt yazılı razılıq olmur.Əli Məsimli bildirib ki, vətəndaşların qanunsuz olaraq vaxtından artıq işlədirlməsi birbaşa istismardır və kimlərəsə əlavə pul qazandırırsa,əksəriyyətin sağlamlığı,ailəsi bundan ziyan çəkir.Bu problem hətta ailədaxili münaqişələrə, aillələrin dağılmasına da ciddi təsir edir.

 

 

 

Əli Məsimli onu da xusisi vurğulayıb ki, ən pisi isə odur ki, içşilərin bu cür açıq şəkildə istismarı halları getdikcə daha çox oturuşmuş hal almaqdadır.Ona görə də bu məsələ ilə bağlı Konstitusiyaya, müvafiq qanunlara cidid şəkildə əməl olunması təmin edilməlidir. Bu cür istismar halları aradan qaldırılmalıdır.Monitoriqlər keçirilməli,nəticələri ictimailəşdirilməli və işçilərin açıq istismarı ilə məşğul olanlar qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılmalıdır.

 

Afət Abbasova

Gununsesi.info