“Monopolistlər xalqın cibinə girirlər” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 07 Noyabr 2017 15:10

Süni qiymət qaldıran monopolistlər məsuliyyətə cəlb olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli 2018-ci ilin büdcəsinin parlamentin komitələrində müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə inflyasiyanın bir rəqəmli səviyyədən ikirəqəmli səviyyəyə qalxmasına səbəb məhz monopolistlərin süni yolla qiymətləri bahalaşdırmasıdır: “Onlar heç bir əziyyət çəkmədən  məhsulun qiymətini artıranda, bu inflyasiyanın sürətlə artımına səbəb olur. Məhz bunun nəticəsidir ki, inflyasiya 14-18 faiz civarındadır. Bu yolla monopolistlər xalqın cibinə girirlər”.

Ə.Məsimli əlavə edib ki, bu gün 50 manat oğurlayan şəxsə bir neçə il həbs cəzası kəsilir: “Mən deyərdim ki, monopolistlərin süni yolla qiyməti artırması mütəşəkkil cinayətkarlıqdır və ona görə də süni qiymət artımı ilə məşğul olanlara qarşı ciddi tədbir görülməlidir”.

Mürtəza

Gununsesi.info