“Monopoliya nə qədər ki var, iqtisadiyyatının inkişafından danışmağa dəyməz” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 30 Noyabr 2016 17:04
VAHİD
Milli Məclisin yaxın zamanlarda Rəqabət Məcəlləsini müzakirəyə çıxaracağı gözlənilir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə  deyib.
Millət vəkili Vahid Əhmədov isə bu gün parlamentdə büdcə zərfinin müzakirəsi zamanı ölkə iqtisadiyyatında yaranmış durumu şərh edərkən bildirib ki, iqtisadiyyatın inkişafına  mane olan əsas amil mövcud  monopoliyadır: “Nə qədər ki, monopoliya hökm sürür, ölkə iqtisadiyyatının inkişafından danışmağa dəyməz. Ona görə də təklif edirəm ki, uzun illərdən bəri qəbulunu gözləyən  Rəqabət Məcəlləsi tezliklə müzakirə edilərək, qəbul olunmalıdır”.
Buna cavab olaraq komitə sədri Ziyad Səmədzadə deyib ki, Prezident Administrasiyasının  göstərişi ilə  bu yaxınlarda xarici təşkilatların nümayəndələri ilə görüşülüb,  ölkədə iqtisadi proseslərlə bağlı  geniş müzakirələr aparılıb: “Onlar da bizim həyata keçrimək istədiyimiz islahatları təqdir edirlər. Ona görə də ümid edirəm ki, sizin dediyiniz kimi yaxın gələcəkdə Rəqabət Məcəlləsi də parlamentdə gündəliyə salınıb müzakirə oluna bilər”.
Mürtəza
Gununsesi.info