Monqolustan Putini həbs edə bilmədiyi üçün üzr istəyib

  • By Günel
  • 04 Sentyabr 2024 14:48

Monqolustan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edə bilməyəcəyinə görə üzr istəyib.

Hökumət rəsmisi bunu ölkəsinin enerji asılılığı və neytrallığı ilə izah edib:

Hər kəsdən üzr istəyirik, əlimiz bir az bağlıdır.

Bu barədə sentyabrın 3-də Politico nəşri hökumətin Ulan-Batordakı nümayəndəsinə istinadən yazıb.

Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir. Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir, deyə Monqolustan rəsmisi Politicoya bildirib.

O əlavə edib ki, Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib.

Gununsesi.info