Monqolustanda bubon taunu yayılıb, karantin tətbiq olunub

  • By admin
  • 02 İyul 2020 17:11

Monqolustanın qərbində Xovd əyalətinin iki rayonunda taun xəstəliyinin bubon formasının yayılması səbəbi ilə karantin tətbiq edilib.

Gununsesi.org xəbər verir ki, son sutka ərzində Xovd əyalətində iki tauna yoluxma hadisəsi qeydə alınıb.

Bir pasiyentdə xəstəliyin ağciyər forması müşahidə olunur. Əyalət tam karantinə alınıb, oraya giriş-çıxış dayandırılıb.

Epidemiologiya Xidməti taun xəstəliyi ilə bağlı başqa halın olub-olmadığını yoxlayır və onun yayılmasının qarşısını alır.

Milli Zoonozlar Mərkəzindən (MZM) verilən məlumata görə, Xovd əyalətinin Tsetseq mahalının 27 yaşlı sakini çiy marmot əti yedikdən sonra bazar günü yerli xəstəxanaya çatdırılıb.

Ət yemiş gənc qadın isə ağır vəziyyətdədir. Onun 60-dan çox insanla birbaşa, 400-dən çox insanla isə dolayı yolla əlaqədə olduğu söylənilir.

 

 

Gununsesi.org