“Moody`s” ABB-nin reytinqlərini endirib – PROQNOZ NEQATİVDİR

  • By admin
  • 07 Fevral 2017 09:40

beynelxalq

Moody`s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini “Ba3” bəndindən “B1” bəndinədək endirib.

Agentlikdən Gununsesi.info-ya verilən məlumata görə, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi “Ba3” bəndindən “B1” bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə “B1” bəndindən “B2” bəndinədək aşağı salınıb.

Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi “Not-Prime” səviyyəsində təsdiqlənib.

Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.

Agentlik reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir.

“Bank öz risklərini hecləşdirmək imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 mln. manatlıq kapitalizasiyaya baxmayaraq, 2017-ci ilin yanvarın 23-nə əsasən bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub”, – deyə agentliyin açıqlamasında bildirilir.

Agentliyin mütəxəssislərinin hesablamalarına görə, 2016-cı ilin sonuna bankın xarici öhdəliklərinin həcmi 4 mlrd. manat və ya 2,1 mlrd. dollar təşkil edir: “Hazırda ABB-nin xarici valyutada məhdud likvidliyi var və bu məbləğ 830 mln. manat və ya 430 mln. dollardır”.

Gununsesi.info