Moqadişoda partlayışlar nəticəsində ölənlərin sayı 13-ə çatıb

  • By admin
  • 28 Oktyabr 2017 20:54


Somalinin paytaxtı Moqadişoda, Prezident sarayı yaxınlığında yerləşən mehmanxana qarşısında törədilən partlayışlar nəticəsində azı 13 nəfər ölüb, 16-dan çox insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən “Associated Press” məlumat yayıb.
Şahidlərin sözlərinə görə, otelə yaxın ərazidə atəş səsləri eşidilib.
Minalanmış iki avtomobil Moqadişoda mehmanxana qarşısında partladılıb.
Bundan əvvəl ölənlərin 7 nəfər olduğu bildirilirdi.

Gununsesi.info