Morales bu dəfə Argentinaya getdi

  • By admin
  • 12 Dekabr 2019

Boliviyanın eks-prezidenti Evo Morales Argentinaya gedib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, o, Buenos-Ayres hava limanına eks-vitse-prezident Alvaro Qarsiya və daha iki nəfərlə birlikdə enib. Argentinanın Xarici İşlər naziri Felipe Solanın sözlərinə görə, Morales Argentinadan sığınacaq istəyib. Nazir Moralesə sığınacaq veriləcəyini bəyan edib. Boliviyanın keçmiş rəhbərinə qaçqın statusu da veriləcək.

Qeyd edək ki, Morales noyabrın 10-da istefa verərək Boliviyadan gedib. O, daha əvvəl Meksikadan sığınacaq istəmişdi. Daha sonra Kubaya yola düşən keçmiş prezident bu səfərin səhhəti ilə əlaqədar olduğunu bildirmişdi.

 

Gununsesi.org