
Meksikada siyasi sığınacaq almış Boliviyanın keçmiş prezidenti Evo Morales ölkəsinə qayıtmaq istəyir.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, Mexikoda mətbuat konfransında deyib.
Beynəlxalq vasitəçiləri köməyə çağıran Morales “Biz dialoq aparmağa ümidliyik”, deyib.
Xatırladaq ki, Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin birinci turunda qalib gələn Evo Moralesə qarşı aksiyalar başlamış və o, noyabrın 10-da istefa verərərək ölkəni tərk etmək məcburiyyətində qalmışdı.