Morqda 115 çürümüş cəsəd tapıldı

  • By admin
  • 07 Oktyabr 2023 12:17

ABŞ-ın Kolorado ştatında bir morqda şikayətdən sonra 115 çürümüş cəsədin tapıldığı açıqlanıb. 

Gununsesi.info xəbər verir ki, Fremont Polis İdarəsinin açıqlamasında ətrafa yayılan pis qoxu səbəbiylə sakinlərin şikayəti əsasında “Təbiətə dönüş” morqunda yoxlama aparıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, ekspertiza nəticəsində düzgün saxlanılmayan 115 çürümüş cəsəd aşkar edilib.

Dairə şerifi Allen Kuper ailələrə müraciət edib ki, araşdırmalar davam etsin və çürümüş cəsədlərin şəxsiyyəti müəyyən olunsun.

Freemont polisi morqda saxlanılan cəsədlərin qalıqlarının sağlamlıq üçün təhlükə yaratmadığını bildirib.

Kolorado ştatının qanunlarına görə, 24 saat ərzində dəfn edilməyən cəsədlər morqlarda soyuducuda saxlanmalıdır.

Səid Əhmədli
Gununsesi.info