Moskva aeroportlarında 22 reys gecikib, 9-u ləğv edilib

  • By admin
  • 28 Yanvar 2018 20:03


Moskva hava limanlarında 22 reys gecikib, daha 9-u ləğv edilib.

“Report” xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Bildirilir ki, Vnukovoda 6, Domodedovoda 7, Şeremetyevoda isə 9 reys gecikib.

Ləğv edilən reyslərin hamısı yalnız Domodedovoda qeydə alınıb.

Gununsesi.info