Moskva Avropanın Navalnı ilə bağlı təklifini rədd etdi

Rusiya Qərbin Aleksey Navalnının ölümünün araşdırılması ilə bağlı heç bir tələbini qəbul etmir.
Gununsesi.info Ren TV-yə istinadla xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bu cür tələbləri, xüsusən də cənab Borreldən qətiyyən qəbul etmirik”, – Peskov bildirib.
Qeyd edək ki, Josep Borrel Rusiya hakimiyyətindən bu ölkədə xarici agent kimi tanınan müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməsini tələb edib.
Bundan əvvəl Kreml nümayəndəsi Navalnının koloniyada ölümündən sonra xarici medianın Rusiya əleyhinə bəyanatlarını “yolverilməz və iyrənc” adlandırmışdı.
Onun sözlərinə görə, hələ də aparılan istintaqın nəticəsi bəlli olmadığı halda, bu barədə açıqlama vermək qətiyyən yolverilməzdir.
Gununsesi.info