Moskva-Bakı reysi Moskvadan uça bilmədi

  • By admin
  • 05 İyul 2016 10:15

 

 

boeing__787_dreamliner__090215_24

 

“Azərbaycan Hava Yolları”nın yerli vaxtla saat 02:30-da Bakıda enməli olan J2 8853 Moskva-Bakı reysi texniki səbəblər üzündən Moskvadan uçmayıb.Gununsesi.info xəbər verir ki, bu barədə “Trend”-ə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Həmin reysin sərnişinləri Boeing 787 Dreamliner təyyarəsinə yerləşdirliblər. Təyyarə Bakı vaxtı ilə təxminən saat 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.

Gununsesi.info