Moskva-Bakı reysi üzrə uçuşlar bərpa olunur

  • By admin
  • 20 Mart 2022 10:23

Sabahdan Rusiya ilə Azərbaycan arasında müntəzəm uçuşlar bərpa olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın “Aeroflot” şirkəti məlumat yayıb.

Bildirilir ki, ilk Moskva-Bakı reysi yerli vaxtla saat 00:35- 04:50-də həyata keçiriləcək.

Qeyd edək ki, martın 5-də “Aeroflot” martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.

Gununsesi.info