Moskva görüşü: Paşinyan Putini xeyli tərifləyib

  • By admin
  • 07 Aprel 2021 22:35

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bügünkü görüşdə ölkəsinin iddia etdiyi əsirlər məsələsinə yenidən qayıdıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən bildirir ki, Paşinyan əsirlər məsələsinin indiyə qədər həll olunmadığını iddia edib. Qeyd edib ki, bu məsələdə Rusiya və Ermənistan tərəfi arasında fikir ayrılığının olmamasına şaddır.

Paşinyan onu da iddia edib ki, Qarabağ problemi həll edilməyib və buna görə də fikir mübadiləsi aparmaq lazımdır. Paşinyan bu istiqamətdə gələcəklə bağlı da müzakirənin vacibliyini diqqətə çatdırıb.

Paşinyan Putinin Qarabağdakı müharibənin dayanmasındakı şəxsi rolunu yüksək dəyərləndirib: “Bir daha Azərbaycan Prezidenti , Siz və mənim imzaladığım birgə bəyanatdan sonra regionda vəziyyətin stabilləşməsi istiqamətində sizin şəxsi səyinizi yüksək dəyərləndirdiyimi ifadə etmək istəyirəm”.

Xatırladaq ki, Azərbaycan Ermənistan tərəfinin əsir olduğunu iddia etdiyi şəxslərin terrorçu olduğunu bildirir.

Gununsesi.info