Moskva ilə Ankara Suriyadakı atəşkəsə zamin durdular

  • By admin
  • 29 Dekabr 2016 17:25
erdoganesed
Ankara və Moskva Suriyadakı atəşkəs rejiminə riayət olunmasının qarantı kimi çıxış edəcək.
Türkiyə Xarici İşlər Naziriliyi artıq bununla bağlı mövqeyini ortaya qoyub.
Gununsesi.info reuters-ə istinadən xəbər verir ki, Türkiyə XİN eyi zamanda   atəşkəs rejiminin əldə olunması  ilə bağlı razılıq BMT TŞ-nin tanıdığı  terrorçu təşkilatlarına şamil edilimir.
Atəşkəs rejimi 30 dekabr gecə yarı qüvvəyə minəcək.
Nazirlikdən bildirilib ki,  aparılan danışaıqlar nəticəsində  bütün hərbi əməliyyatlar, həmçinin hava hücumunun da  bu ölkələrin nəzarət etdiyi ərazilərdə həyata keçirilməyəcəyi  barədə razılığa gəlinib. Tərəflər eyni zamanda  nəzarət etdikləri ərazilərdə  nəzarət bölgələrini genişləndirməmək barədə də razılığa gəliblər.
Gununsesi.info