Moskva ilə Paris Qarabağ probleminin həlli yollarını müzakirə ediblər

  • By admin
  • 25 Noyabr 2016 10:50
qarabag
Rusiya xarici işlər nazirinin müavini Qeorgiy Karasin Fransanın ATƏT Minsk qrupundakı yeni həmsədrini qəbul edib.
Gununsesi.info rus mediasına istiandən xəbər verir ki, XİN müavini G. Karasın ATƏT MQ-nin yeni fransalı həmsədri  Stefsan Viskonti ilə görüşüb və görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində yaranmış durum və problemin sülh yolu ilə həlli yolları müzakirə edilib.
Tərəflər eyni zamanda Qarabağ münaqişəsinin həllində Rusiya ilə Fransanın qarşılıqlı əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fransanın ATƏT MQ-də keçmiş həmsədri Pyer Andrie və rusiyalı həmsədr İqor Popov iştirak edib.
Gununsesi.info