
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bu ölkə rəsmilərinin Rusiya əleyhinə bəyanatlarının qəbuledilməzliyi barədə məlumatlandırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya mətbuatına məlumat verib.
“İsrailin rəsmi nümayəndələrinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb”, – deyə Zaxarova bildirib.
Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan rusiyalı həmkarı Vasili Nebenzinin İsrailə qarşı insan haqları və beynəlxalq hüquqla bağlı ittihamlarını “gülünc” adlandırıb. Bundan başqa, israilli diplomat bir sıra başqa sərt ifadələr də səsləndirib.
Gununsesi.info