“Moskva Lavrovun Trampla görüşünə pul ödəyib?” – Zaxarovadan zarafatyana cavab

  • By admin
  • 12 May 2017 20:45

1493923414-3235

 

Rusiya Milli Xəbərlər Xidmətinin (http://nsn.fm/) müxbiri  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya mətbuat konfransında XİN rəhbəri Sergey Lavrovun ABŞ prezidenti Donald Trampla görüşü üçün rəsmi Moskvanın pul ödəyib-ödəmədiyi ilə bağlı sual ünvanlayıb. 

Gununsesi.info-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Mariya Zaxarova suala zarafatla “Mən düşünürəm ki, bu, KVN-çilərin məşq prosesi üçün nəzərdə tutulmuş möhtəşəm sualdır” cavabını verib.

Qeyd edək ki, daha öncə Ukrayna Ali Radasının deputatı Andrey Artemenko iddia edərək bildirmişdi ki, Ukrayna XİN rəhbəri Pavel Klimkinin Donald Tramp və ABŞ-ın vitse-prezidenti Mayk Penslə 6 dəqiqəlik söhbəti üçün Kiyev Amerika lobbiçilik firmasına 400 min dollar ödəyib. Ukrayna diplomatiyasının rəhbəri isə bu iddianı təkzib etmiş, Kiyevin onun Trampla görüşü üçün heç bir ödəniş etmədiyini və lobbiçilərin köməyindən faydalanmadığını bəyan etmişdi.

 

Gununsesi.info