Moskva məhkəməsi azərbaycanlı “qanuni oğru” ya 18 il iş kəsdi

  • By admin
  • 18 Yanvar 2017 13:21
sekil
Moskva məhkəməsi azərbaycanlı “qanuni oğru” Zaur Əliyev (kriminal aləmdə Zayka kimi tanınır-red.) 18 il, onun dəstə üzvləri isə 13-15 il müddətinə azadlıqdan mərhum edilib.
Gununsesi.info Moskva şəhər məhkəməsi  bir dəstə azərbaycanlı kriminal avteritet barəsində hökm qərarı çıxarıb. Məhkəmənin qərarı ilə  Zayka və silhalı  dəstə üzvləri Namik Qənbərov, Anar Nəsirov, Elnur və Anar Yusibov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin  beş maddəsi ilə, insan oğurluğu, cinayət yolu ilə gəlir əldə etmə, banditizm, quldurluq  maddələri ilə ittiham olunaraq 13 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər.
“Rosbalt”-ın məlumatına görə, Z.Əliyevin  vəkilləri məhkəmin gedişinə və çıxardığı qərara etiraz edərək, məhkəmə prosesinin ciddi qanun pozuntusu ilə müşahidə olunduğunu bildiriblər. Z.Əliyevin vəkili müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlərin, onkoloji xəstəliyin aşkar olduğunu dilə gətirib. O deyib ki, Z.Əliyev son zamanlarda  həbsxana  xəstəxanasında müaəlicə alıb.
Agentliyin yazdığına görə,  beş nəfərlik dəstə üzvləri 2014-cü ildə həbs edilsə də,  Moskva polisi dəstənin fəaliyyətinə son verə bilməyib. Onların  həbsindən sonra Zaykanın doğma qardaşı Azər həmən azadlıqda olan dəstənin başına keçib. Hansı ki, Azər bu yaxınlarda Azərbaycanda məhbus həyatına son verərək, azadlığa çıxıb. O məhbəsdə adam öldürməyə görə cəza çəkib.
Azər iş admaları ilə görüşdə  tapançanı çıxararaq  barmaqları arasında siqaret kimi çəkmək adəti varmış. Bununla da qarşı tərəfi daha “rahat” söhbətə vadar edirmi. Azər azadlığa çıxdıqdan sonra  Lotu Quli ilə aralarında problem yaşanıb və “obşyak”-a daxil olan  vəsaiti mənimsəməkdə ittiham olunub. Bunun səbələri araşdırıldığı bir məqamda onların digər qardaşı Əli qısa zamanda dəstəyə rəhbərlik etməyə başlayıb. Və qısa zamanda kriminal aləmdə özünə etibar qazanmağa başlayıb.
Zayka haradasa 15 il bundan öncə Moskvaya  gəlib  və qısa zamanda  kriminal dairədə azərbaycanlı diaspor arasında nüfuz qazanıb. Onun  qısa zamanda nüfuz qazanmasında  Kmo Safaryan (Kamo Qorkovski) və Rəşad İsmayılovun (Rəşad Gəncinski) müstəsna rolu olub.
Əliyevin biriqadası  özünəməxsus formada Rusiyada daha  güclü cinayətkar dəstə olan   R. Lənkərnaskinin və Lotu Qulinin dəstəsinə qarşı dayan dəstə olub. Məhz buna görə də Zayka ilə bu iki şəxs arasında  daimi konflikt yaşanıb.
8 il bundan öncə  Lotu Qulinin adamları Əliyevə yaxın iş adamlarından külli miqdarda  pul istəyir. Bundan sonra  tərəflər arasınd abaş verən “razborka”dan sonra  dəstə liderləri telefonla  əlaqə saxlamaq  barədə qərara gəliblər. Ancaq  bu görüş alınmayıb. Çünki Zayka Lotu Quli barəsində bir neçə təhqiredici ifadə edib. Bundan sonra Lotu Qulinin adamları Zaykanın ovuna çıxsalar da,  Zayka onlar üçün əlçatmaz adam olub.
Zayka 2014-cü ildə istintaq təcridxanasına düşdükdən sonra  hər şe dəyişir. Moskva polisi Zayka və onun silahlı dəstəsini  tərksilah edərək  “Matrosskaya tişina” həbsxanasına göndərir. Hansı ki, burada Lotu Qulinin xeyli sayda dəstə üzvü  və killer Nazim Hümbətov  (kriminal aləmdə daha çox Xramoy Nazim kimi tanınır-red.) yatır.
Istintaq təcridxanasına olan zaman Zaykanın kamerasına  Xramoy Nazimin və avtoritet Erdak Lənkərnaskinin  başçılığı ilə 30 nəfər daxil olur. Burada onlar Zayknaı döyür və bu hadisə bir neçə mobil telefon trəfindən  letnət alınaraq birbaşa Skype vasitəsi ilə Lotu Qulinin yatdığı həbsxana da birbaşa translayasiya edilir. Onlar  Zaykadan Loru Qulini təhqir etdiyinə görə, onadan üzr istəməsi üçün  bir neçə saata onu döyür və işgəncə verirlər.
Zayka o zaman təslim olur və sınır ki, onun hamilə həyat yoldaşını telefonla təhdid edilir.
İstintaq təcridxanasına baş verən bu hadisə   nüfuzlu “qanuni oğru”lar arasına əsas müzakirə predmetindən birinə çevrilir. Onlar qərara gəliblər ki, Zaykaya hücum edənlər qaydaya uyğun hərəkət edilməyib. Bundan sonra əks tədbir cavabı görülüb və “qanuni oğru” Nukri Doçiyanın başçıslığı ilə zaykaya hücum edən Xramoy Nazimi və Erdak Lənkəranskini, daha 7 nəfəri vəhşicəsinə döyürlər.
 Bundan sonra Xramoy Nazimin zaykaya qarşı “obidi “ daha  da  artıb və dəfələrlə ona mesaj göndərib ki, Zayka azadlığa sağ çıxmayacaq.
Qeyd edək ki, xramoy Nazim dörd nəfəri güllələdiyinə görə həbs edilib. O, hələ daha onlarla adamın ölümündə təqsirli bilinir. Ona görə də Xramoy Nazimin bu təhdidləri yersiz hesab edilmir. Bundan sonra Zayka “Motrosskaya tişina”da  xüsusi bloka köçürülüb. Hansı ki, o buradan da  xəstəxanaya yerləşdirilib.
Gununsesi.info