Moskva məhkəməsi “AZAL”- a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı qərar verdi

  • By Günel
  • 25 Mart 2025 08:40

Moskvanın Basmannı məhkəməsi müstəntiqlərə AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiyanın cənubunda iki ünvanın sənədlərini müsadirə etməyə icazə verib.

Gununsesi.info xəbər verir ki, istintaqın sənədləri müsadirə etmək tələbi 2025-ci ilin yanvarında verilib. Prokuror da vəsatəti dəstəkləyib. Məhkəmə vəsatəti təmin edib.

Müsadirə qərarı qanuni qüvvəyə minib.

Gununsesi.info