Moskva Paşinyan hökümətini “rusofobiyada” ittiham edir

Rusiya Ukraynanın təşəbbüsü ilə keçirilən danışıqlarda iştirak etdiyinə görə noyabrın 2-də Yerevanı Rusiya-Ermənistan münasibətlərini “məhv etməkdə” ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova habelə Ermənistanın hökumətyönlü mediasında, onun təbirincə deyilərsə, “rusofob” materialların arxasında baş nazir Nikol Paşinyanın hökumətinin dayandığını deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azaututyun yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə Maltada Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibəyə son qoyulması üçün təkliflərini müzakirə edən 60 ölkənin nümayəndələri arasında olub.

Zaxarova habelə Paşinyanın oktyabrın 6-da İspaniyada keçirilən Avropa İttifaqı sammitində Zelenski ilə görüşünü, ötən sentyabrda baş nazirin arvadı Anna Akopyanın Kiyevə səfərini yada salıb:

“Düşünürəm ki, Yerevanda söhbətin bizim ölkəmizə qarşı aqressiv olanlarla mazaqlaşmaqdan getməsinin fərqindədirlər. Buna başqa cür qiymət verə bilmərik. Təəssüf doğurur ki, respublikanın indiki rəhbərliyi məqsədyönlü və ardıcıl şəkildə bizim müttəfiqlik münasibətlərimizi dağıdır…”

 

Gununsesi.info