“Moskva razılaşması”nın tam mətni

  • By admin
  • 10 Oktyabr 2020 09:59

Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qarabağla bağlı çoxsaylı danışıqlar başa çatdı.
Danışıqların yekununda ortaq bəyanat qəbul olunub.

Gununsesi.info bəyanatın tam mətnini oxucuların diqqətinə təqdim edir:
Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər Nazirlərinin açıqlaması
Rusiya Federasiyasının Prezidenti V.V.Putinin müraciətinə cavab olaraq və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımlar barədə razılığa gəldilər :
1. Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi üçün vasitəçiliklə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun olaraq humanitar məqsədlər üçün 10 oktyabr 2020-ci il tarixində saat 12.00-dan atəşkəs elan edildi.
2. Atəşkəs rejiminin spesifik parametrləri əlavə olaraq razılaşdırılacaqdır.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın baza prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə substantiv danışıqlara başlayırlar.
4. Tərəflər danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyirlər.

Gununsesi.info