Moskva sazişinə qarşı gedənlər savaşa hazır olsun – Rus tarixçi

  • By admin
  • 16 Mart 2021 20:32

Əgər kimsə bu müqavilənin şərtlərinə yenidən baxmaq niyyətindədirsə və bununla “torpaqlarını artırmaq” istəyirsə, o, Cənubi Qafqazın sərhədlərinin dəyişdirilməsinin qaçılmaz olaraq silahlı yolla baş verəcəyini bilməlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə rusiyalı tarixçi Dmitri Verxoturov Moskva müqaviləsinin 100-cü il dönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Rusiyalı tarixçi ermənilərin Moskva müqaviləsi, yaxud “Dostluq və qardaşlıq haqqında müqavilə”nin ləğvi cəhdlərini bu cür dəyərləndirib:

“Digər müqavilələr və razılaşmalar əsasında ərsəyə gələn bu müqaviləni rədd etmək müharibəyə başlamaq deməkdir. Hərbi hadisələri isə proqnozlaşdırmaq çətindir. Bu, gözlədikləri nəticəni verməyəcək”.

Ekspert hesab edir ki, Rusiya Erməniləri İttifaqının Moskva və Qars müqavilələrinin denons edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciətlərinə baxmayaraq, razılaşmalar hər zaman etibarlı sayılacaq:

“Müqaviləyə imza atan tərəflər Rusiya və Türkiyədir. Müqavilə Naxçıvanın taleyini də müəyyən etdi. Bəli, bu, kifayət qədər qəribə haldır ki, Rusiya və Türkiyə Azərbaycanın sərhədlərini müəyyən etmək barədə razılığa gəliblər, amma bunun tarixi səbəbləri var idi. Bildiyimə görə, bu müqavilənin dəyişdirilməsi təşəbbüsləri Rusiyanın maraqlarına uyğun deyil”.

Gununsesi.info