Moskva Çeçen xüsusitəyinatlılarının Suriyaya göndərilməsinə aydınlıq gətirdi.
Gununsesi.info xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “lenta.ru”-ya açıqlamasında deyib ki, “Vostok” və “Zapad” Çeçen xüsusitəyinatlılarının Suriyaya göndərilməsinin bir sıra ciddi səbəbləri var: “Belə bir qərar qəbul edilərkən, ən əsas məsələ kimi iqlim şəraiti, döyüş bacarığı və çeçenlərlə suriyalıların mental oxşarlığı nəzərə alınıb”.
Kalaşnikov onu da əlavə edib ki, Çeçen xalqının bəzi təmsilçiləri də Suriyada “qarşı tərəfdə” döyüşür: “Hansı ki, çenelər özləri bu adamları çeytan adlandırır”.
Qeyd edək ki, artıq mediada Çeçen xüsusitəyinatlılarının dekabrın sonunda Suriyaya göndəriləcəyi barədə məlumat yayılıb. Çeçen xüsusitəyinatlıları Suriyada Xmeymim avibazasını mühafizə edəcəklər. “Vostok” və “Zapad” xüsusitəyinatlıları 2003-cü ildə Çeçen döyüşçülırdın formalaşdırılıb. Bu xüsusitəyinatlılar 2000-ci ilin ortalarında
Çeçenstanda yaraqlılara qarşı mübarizə aparıb, onlar həmçinin 2008-ci ildə “beşgünülük” Rusiya Gürcüstan müharibəsinin də ativ iştirakçıları olublar.
Gununsesi.info