Moskva tezliklə Xəzərin statusunun müəyyənləşəcəyinə ümid edir

  • By admin
  • 12 İyul 2016 11:24

mamad-4

 

Moskva Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın tezliklə imzalanacağına ümid edir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib. O, deyib ki, sabah Astanada Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkəlkərin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Onun sözlərinə görə, orada Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın imzalanması, Xəzərdə birgə əməkdaşlıq, birgə istifadə və digər məsələlər müzakirə olunacaq. “Ümid edirəm ki, tezliklə Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın imzalanacaq” – deyə, rusiyalı nazir qeyd edib. Bakıda apardığı danışıqlara toxunan Lavrov deyib ki, Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparmışıq: “Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”. S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: “Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin “Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq”. S. Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.

Gununsesi.info