“Moskva Ukrayna məsələsində sülh prosesində irəliləyiş görmür”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Sülh prosesinə gəlincə, burada hələ də boşluqdur. Çünki Zelenskinin “sülh formulu” kimi qələmə verdiyi şeyin altında tamamilə izaholunmaz proseslər gedir: Rusiyanın iştirakı olmadan “sülh formulunu” müzakirə edən ölkələr birləşir. Çox qəribə prosesdir, amma başqa heç nə də yoxdur”, – o deyib.
Gununsesi.info