Moskva və Bakı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

  • By ilhame
  • 17 Sentyabr 2024 22:27

Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

 

“Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlarda əldə olunmuş razılaşmaların davamı olaraq, komissiaynın həmsədrləri ikitərəfli ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər”, – bəyanatda deyilir.

 

Əsasən, nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd olunur ki, A.Overçuk və Ş.Mustafayev bütün sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Gununsesi.info