Ankara Moskva və Kiyevin mövqelərini konkret həll yoluna çatana qədər açıqlamaq niyyətində deyil.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Tərəflər arzu edərsə, Ankara dialoq və sülhün bərpasına töhfə verməyə hazırdır. Biz vasitəçilik, danışıqlar üçün platformanın təmin edilməsi də daxil olmaqla, bütün variantları təklif edirik”, – Altun bildirib.
Gununsesi.info