Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya ABŞ-ın Suriyada kimyəvi silah istifadə edilən ərazilərə hərbi zərbələr endirəcəyi təqdirdə bunun ağır nəticələrinin ola biləcəyi və bu zərbələrin cavabsız buraxılmayacağını bəyan edib.
Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, rusiyalı diplomat BMT Təhlükəsizlik Şurasının toplantısında ABŞ prezidenti Donadl Tramp Şərqi Qutada fosfor bombasından istifadə edilməsi ilə bağlı bəyanatına kəskin reaksiya verib.
”Biz dəfələrlə Amerika tərəfini xəbərdar etmişik ki, qanuni Suriya hakimiyyətinə qarşı istifadə edilən zərbələr, xüsusən də, Allah göstərməsin fosfor bombasından istifadə çox pis nəticələrə gətirib çıxara bilər. Hərbi zərbələrə biz laqeyd yanaşa bilmərik və bunun cavabı olacaq”,- deyə, rusiyalı diplomat vurğulayıb.
Gununsesi.info