Moskva vilayətində elektrik qatarı yanıb

Rusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb.

Gununsesi.info Rusiya KİV-ə istinadən verdiyi xəbər verir ki, Solneçnoqorsk ərazisində, Leninqrad istiqamətində, “Povarovo-1” stansiyasının yaxınlığında vaqonlardan biri tüstülənməyə başlayıb.

Dərhal qatar dayandırılıb və sərnişinlər təxliyə edilib. Heç kim xəsarət almayıb.

Xətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb, yanğınsöndürənlər hadisə yerindədir.

Gununsesi.info